Xəbər lenti
17 yaşında intihar etdi- ATASI NARKOMAN İMİŞ, ANASI DA...
Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. O, keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib.
Bununla bağlı BiG.AZ-a açıqlama verən 32 saylı tam orta məktəbin direktoru Esmira İbrahimova qeyd edib ki, Faiq çox yaxşı uşaq olub:
"Dərslərinə qarşı çox diqqətcil idi. Daim müəllim yanında olub. Oxumaq həvəsində olub. Amma ailəsində problemlər var idi. Atası ilə anası ayrılıb. Uşağın intihar etməsində bunun da təsiri olub. Atası norkaman olduğuna görə anası onunla boşanıb. Atasının hazırda həbsdə olduğu deyilir. Amma uşağın tərbiyəsinə, dərsə davamiyyətinə, oxumağına söz ola bilməzdi.
Ananın dediyinə görə hər dəfə söyləyib ki, mən səni əzab-əziyyətlə böyütmüşəm. Çətinliklə hazırlıqlara göndərmişəm. Buna görə Faiqin intiharında ailə problemlərinin payı da az deyil. Sinif yoldaşlaşları onu çox istəyirdi. Ola bilsin ki, o özünə qapanıb, hansısa fikirlər onu intihara sürükləyib. O, yüksək bal toplayacağını düşünüb. Amma az bal toplamağı ona çox pis təsir göstərib. İntihar edəcəyi günün səhəri anasını qucaqlayıb. Anasının dediyinə görə, Faiq həmin günü anasını qucaqlayıb, öpüb. Amma anası deyir ki, hardan bilərdim ki, Faiq intihar edəcək. Anası özünü maşının altına atırdı. Yaxınları onu güclə saxladı. Qonşularının dediyinə görə Faiqi sıxırmış ki, yaxşı oxusun".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar