Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının adamları əlili döydü, o da öz evini yandırdı – VİDEO

Tarix: 12-05-2018 22:50     Baxış: 3299 A- / A+
İcra başçısının adamları əlili döydü, o da öz evini yandırdı


Abşeron rayonunda Qarabağ müharibəsi əlili Fuad Əkbərov rayonun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın özbaşınalığına etiraz əlaməti olaraq öz evini yandırıb. Manevr.az-ın məlumatına görə, bu barədə Fuad Əkbərov “YouTube” videohostinqində yerləşdirdiyi müraciətində bildirib.

”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”, – bunu dedikdən sonra Fuad Əkbərov evini yandırıb.



Abşeron Rayon İcra Hakimiyyətindən bu gün bildirildiyinə görə, rayonda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, bu il mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb: “Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır. /istipress.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar