Xəbər lenti
Bulvarda silahlı hücum

Manevr.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Samsunda Atatürk Bulvarı yaxınlığındakı tələbə yataqxanasının qarşısında baş verib.
Bildirilir ki, 33 yaşlı Ramazan A. mikroavtobus ilə 29 yaşlı Mövlud A-nın istifadə etdiyi yük maşınını izləyib və yolda qarşısını kəsərək silahlı hücüm edib. Mövlud və yanında əyləşən dostları 22 yaşlı Selçuk Y. ilə 33 yaşlı Lütfi Güler maşından düşüb, qaçmağa başlayıb.
Türkiyənin Samsun şəhərində atışma baş verib. İnsident zamanı 1 nəfər ölüb, 4-ü yaralanıb. Yaralananlardan 2-nin universitet tələbəsi olduğu bildirilir.
Bu zaman Ramazan A. qaçan şəxslərə doğru atəş açmağa davam edib. Həm qaçan şəxslər, həm də yoldan keçən iki univetsitet tələbəsi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da Lütfi Gülerin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs isə oradan qaçıb. İnsidentin baş verməsi ilə bağlı təcavüz iddiası ortaya atılıb.
Belə ki, silahlı hücuma məruz qalan Mövlud A. və qardaşı Burhan A hadisəni törədən Ramazan A.-nın anası Tülay A.-ya təcavüzə cəhd etdikləri iddia edilib.
Məlumatda qeyd edilib ki, 2016-ci ildə Tülay A. 23 yaşlı Burhan A.-nı tüfənglə atəş açaraq öldürüb. Səbəb isə gəncin ona təcavüz etmək istəməsi olub. Bu hadisədən sonra qadın və əri tutulsa da onlara Samsun I Ağır Ceza Məhkəməsi tərəfindən ötən ay cəza verilib. Tülay. A 15 il, Sami A isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar