Xəbər lenti
2 ay öncə itkin düşmüş şəxsin meyiti tapıldı

Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 49 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyiti tapılıb.
Manevr.az report.az-a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib.
1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığını etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyit hazırda ekskumasiya olunur.
Qeyd edək ki, M.Babayev itkin düşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir.
Meyit ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar