Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü - TƏFƏRRÜATLAR

Tarix: 11-10-2016 15:51     Baxış: 5426 A- / A+
Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü


Bərdədə müəmmalı şəkildə dünyasını dəyişən 3 uşaq anasının öldürüldüyü bildirilir
Zemfira Paşayeva: ""Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü...”



Oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub. Evdə meyiti tapılan 25 yaşlı Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının ailə üzvlərinin mənzildə olduğu üzə çıxıb.
Mərhumənin anası Zemfira Paşayeva və zərərçəkənin vəkili Rafiq Məmmədov üç uşaq anası olan Gülnar Quliyevanın intihar etməsi iddiası ilə razılaşmırlar.
Gülnar həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu ilə toyda tanış olublar. Onlar evlənəndə Gülnarın 17 yaşı olub. Həm o, həm də Rəşad orta təhsillidirlər.
Z.Paşayeva deyir ki, hazırda 32 yaşı olan kürəkəni fermada işləyir. Ailənin dolanışığı pis olmayıb, özü də qızının ailəsinə köməklik göstərib.

Vəkil R.Məmmədov deyir ki, ölümündən sonra Gülnarın çəkilmiş şəkillərindən onun dərman içib intihar etdiyi deyil, boğularaq öldürüldüyü aydın görünür: "Nəşin üzərində zorakılıq halları var. Rəşad mənimlə söhbətində dedi ki, Gülnardan onu sevib-sevmədiyini soruşub. Gülnar isə sevmədiyini bildirib. Ölüm hadisəsi zamanı Rəşad evdə olub. Əgər Gülnar özünü öldürübsə, həyat yoldaşı niyə təcili tibbi yardıma, polisə məlumat verməyib?
Maraqlıdır ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları vaxtında gəlməyiblər. Gülnarın nəşi dəfn üçün qəbirsatanlığa aparılarkən tibbi ekspertizaya aparılıb”.
Z.Paşayeva qızının öldürülməsi iddiası ilə bağlı Baş Prokurorluğa şikayət edib. Zərərçəkən Rəşadla bağlı həbs qəti-imkan tədbirinin seçilməsini tələb edirlər. Hüquq-mühafizə orqanları tibbi ekspertizanın nəticəsini gözləməyi bildirib. Ekspertizanın rəyinin isə üç ay ərzində məlum olacağı deyilib.

"Əgər zərərçəkən ekspertizanın rəyilə razı olmayıb şikayət etsə, onun dərman içib ölməsi, ya da boğub öldürülməsi ilə bağlı iddialar öz təsdiqini tapmasında çətinlik yaranacaq. Tibbi ekspertizanın rəyi tezləşdirilməlidir”,-deyə vəkil bildirib.

Z.Paşayevanın sözlərinə görə, qızı ilə kürəkəninin münasibətində son aylar gərginlik müşahidə olunub. Kürəkəni qızına gün verib işıq verməyib. Gülnarı döyüb, işgəncə verib.
"Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü. Gəlib üzr istədi, peşmanlıq hissi keçirdiyini və Gülnardan ayrılmaq istəmədiyini deyirdi. Hətta Gülnar işgəncələrdən boğaza yığılıb məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Gülnar ailəsinin dağılmasını istəmədiyi üçün ərizəsini geri götürdü”,-deyə Z.Paşayeva bildirib.
Zərərçəkmişin sözlərinə görə, yas mərasimi Ağdam rayonunda olub. Nə Rəşad, nə də onun yaxınları yas mərasimində iştirak etməyiblər.

"Qızımın üç yadigarı olan övladları Aysel, Aysun və Ceyhun övladları mənimlə qalırlar. Onlar məktbəlidirlər. Onun taleyi bizi narahat edir. Əgər ölüm hadisəsi ədalətli araşdırılmasa, Rəşad cəzasını almasa, uşaqları Bərdə rayon Prokurorluğunun binasına qoyub, özüm isə binanın qarşısında yandıaracam”,-deyə Z.Paşayeva bildirib.

Vəkil ailənin kirayədə qaldığı ev sahibləri və qonşularla söhbət etdiyini bildirir. Onlar ölüm hadisəsindən gec xəbər tutduqlarını, Rəşadın evdə olduğunu görüblər. Amma Gülnarın valideyni və yaxınları hadisə yerinə gələrkən Rəşad evi tərk edib.

Bərdə rayon Prokurorluğunun müstəntiqi Allahverdi Abuzərov "Bizim Yol”-a bildirib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır: "Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. G.Quliyevanın həyat yoldaşı Rəşad Həsənovun ifadəsi alınıb. Tərəfimizdən ölüm işi ilə bağlı təhqiqat aparılır”.

R.Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun telefon nömrəsinə zəng çatmayıb.(bizimyol)

Manevr.az

Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü
Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü
Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar