Xəbər lenti
Dostu ilə yeyib-içdikdən sonra çimmək istədi — Göldən meyiti çıxarıldı

Şamaxı rayon sakini göldə çimərkən batıb.
Manevr.az-ın apa-ya istinadla verdiyi xəbərə görə, rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.
Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Şirvangöl su anbarı kimi polis əməkdaşları tərəfindən mühafizə edilir və göldə vətəndaşların çimməsi qadağandır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar