Xəbər lenti
Təyyarə Moskvada ön şassisi açılmadan uğurlu eniş edib

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "İl-38" təyyarəsi Moskvaətrafı Jukovski aeroportuna qəza enişi edib.
Manevr.az report.az-a istinadən bildirir ki, bu barədə "İlyuşin" korporasiyasının korporativ kommunikasiyalar departamenti məlumat yayıb.
"İl-38" təyyarəsi ön dayaq şassisi açılmadan uğurlu eniş edib. Yanğın və alov yoxdur", - deyə məlumatda bildirilir.
"İl-38" hava limanına ilk cəhddə eniş edə bilməyib. O, demək olar ki, uçuş-eniş zolağına toxunsa da, sonradan ikinci dövrəni vurmaq üçün havaya qalxıb.
Göyərtədə təcrübə keçən təyyarəçilərdən ibarət 7 heyət üzvü olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar