Xəbər lenti
Səkkiz yaşlı qıza təcavüz edildi, pornosaytlar bağlandı

Hindistanın Madxya-Pradeş ştatının daxili işlər naziri Bxupendra Sinqx regionda pornoqrafik məzmunlu saytlara girişin qadağan olunmasını təklif edib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Times of India” nəşri məlumat yayıb.
Sinqxanın fikrincə, pornoqrafiyanın yayılması cinsi zəmində törədilmiş cinayətlərin sayının artmasına gətirib çıxarır. Nazirin bu təklifi İndaur şəhərində səkkiz yaşlı qızın təcavüzə uğrayaraq öldürülməsi hadisəsindən sonraya təsadüf edir.
“Ştatın Daxili İşlər Nazirliyinin apardığı araşdırmaların nəticəsinə görə, pornoqrafiya uşaqlara da pis təsir göstərir. Çünki azyaşlılar belə saytlara rahatlıqla girə bilər.
Təcavüzlər bu tip saytlara girişin olmasının nəticəsidir”, - Sinqx jurnalistlərə açıqlamasında deyib.
Qeyri-rəsmi məlumatlara görə, ştatda artıq 25 pornosayta giriş qadağan olunub.
2015-ci ildə Hindistanda seksual məzmunlu 857 resursa giriş yasaqlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar