Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cinsiyyətini dəyişən mingəçevirli Səbinə: "Məni Azərbaycanda barmaqla göstərirdilər"

Tarix: 23-04-2018 12:20     Baxış: 3327 A- / A+
Cinsiyyətini dəyişən mingəçevirli Səbinə: "Məni Azərbaycanda barmaqla göstərirdilər"


Dəyişən, inkişaf edən dünyada tez-tez homoseksual, transseksual ifadələri ilə qarşılaşırıq. Əvvəllər xarici mediada belə insanlara rast gəlsək də, artıq ölkəmizdə də bu cür insanlarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə son aylarda mətbuatda cinsini dəyişən azərbaycanlı xanımla bağlı xəbər səs-küyə səbəb oldu.

Manevr.az xəbər verir ki, əsl adı Səbinə Kurqunayeva olan bu xanım mingəçevirlidir. Hazırda Amerikada təhsil alır.

Azərbaycanda cinsi azlıq nümayəndələrinin rahat yaşaya bilmədiyini əsas gətirərək xaricdə yaşamağı üstün tutan xanım öz cinsiyyətindən də imtina edib. Belə ki, xanım cinsiyyətini dəyişmək üçün lazım olan proseslərə artıq başlayıb və adını da Sebastian olaraq dəyişib. Özünün "Youtube", "Instagram" hesablarında şəxsi bloqunu yaradaraq, oğlan olaraq necə dəyişdiyini izləyiciləri ilə paylaşır.

Özündən başqa bir qardaşı olduğunu deyən Sebastian bildirib ki, onunla arasındakı münasibət çox yaxşıdır.

Sebastian ailəsi haqqında danışarkən valideynlərinin hərbçi olduğunu daha sonra atasını qəzada itirdiyini deyib:

"Valideynlərimin hər ikisi hərbçi olub. Mən uşaq ikən atam avtomobil qəzasında dünyasını dəyişib. Daha sonra anam qardaşımın atası ilə tanış oldu və sonradan qardaşım aramıza qatıldı. Anamla aram uşaq vaxtı çox yaxşı idi. Hətta anam çox demokratik insan olub, hər zaman yanımda olub. Lakin böyüdükdən sonra anama özüm haqqındakı gerçəyi dedim və o gündən sonra anamla aramda bir uçurum yarandı. Artıq biz bir-birimizə yadıq".

Orta məktəblə bağlı təəssüratından danışarkən xoş xatirələrinin çox az olduğunu qeyd edib:

"Müəyyən bir yaşdan sonra mənim haqqımda şaiyələr yaymışdılar. 9-cu sinifdə oxuyanda artıq sinifdə heç kim mənə salam da vermirdi. Düz-əməlli şəhərə çıxa bilmirdim, hər kəs məni barmağı ilə göstərirdi. Məhəlləmizdəki uşaqlar divarlara nömrəmi yazmışdı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar