Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü – 20 gün idi ana olmuşdu…

Tarix: 22-04-2018 21:34     Baxış: 4294 A- / A+
Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü – 20 gün idi ana olmuşdu…

Övladı qətlə yetirilən, bu cür acını yaşayan çoxlu sayda məşhurlar var. Onlardan bir neçəsini təqdim edirik.

Daha bir övlad acısının dəhşətini yaşayan mərhum xalq artisti Nuriyyə Əhmədovadır. Belə ki, onun 20 yaşlı qızı İlahə 1996-cı ildə psixi xəstə olan əri tərəfindən öldürülüb. Aktrisanın qızı öldürülən zaman 20 günlük ana olub və anasının gözü qarşısında qətlə yetirilib, elə onun qucağındaca can verib.

Manevr.az müsavat.com-a istinadən xəbər verir ki, mərhum Nuriyyə Əhmədova müsahibələrinin birində hadisəni bu cür xatırlayıb: “Oğlan Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi…”

Məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə zamanında hər kəsi dəhşətə gətirib. Məlumata görə, cütlüyün Rövşən adlı oğlunu kimlərsə doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını isə çemodana yığılıblar.

Qeyd edək ki, Rövşən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi imiş. Dəhşətli hadisənin hansı səbəbdən törədilməsi bu günə qədər də sirr olaraq qalır. Faciədən bir müddət sonra məşhur cütlük ayrılmaq qərarına gəliblər.

Görkəmli aktyor Həsənağa Turabov da övlad acısı yaşamış sənətkarlardan biridir. Onun böyük oğlu Daşqın Turabov aktyorluq fakültəsini bitirsə də, sonradan əlavə təhsil alaraq polisdə işləməyə başlayıb. Təyinatla Siyəzənə göndərilən D.Turabov orada balıq mafiyasını zərərsizləşdirərkən gülləyə tuş gəlib və yerindəcə dünyasını dəyişib.

Həyatın heç bir çətinliyi qarşısında əyilməyən Həsənağa Turabov oğlunun faciəvi ölümündən sonra sağlamlığında kəskin problemlər yaşamağa başlayıb və uzun sürən xəstəlikdən sonra 2003-cü ildə dünyasını dəyişib.

Xalq şairi Fikrət Qocanın 57 yaşlı oğlu Yalçın Qocayev döyülərək öldürülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar