Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda şok olay - Müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra da döydü

Tarix: 10-10-2016 14:57     Baxış: 4472 A- / A+
Azərbaycanda şok olay

Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.

Hadisə Qazax rayonunda baş verib. Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə zibil üstündə yaranıb.

Belə ki, evinin yaxınlığında zənbildə zibil qoyulduğunu görən müəllimə onu təpiklə vurub, ətrafa yayıb. Səsə çıxan 82 yaşlı qadın müəlliməyə “zibili niyə dağıdırsan”, - deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllimə zibili yerdən götürüb yaşlı qadının başına töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.

Şahidlərin sözlərinə görə, müəllimə qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş. Müəllimə yeni doğulmuş uşağını şalla belinə bağlayıbmış.

Qoca qadının qonşulara bildirdiyinə görə, müəlliməyə müqavimət göstərməməsinin səbəbi də uşaq olub.

Yaşlı qadının yaxınları qonşuluq münasibətlərinə görə polisə şikayət etməkdən imtina edib. Onlar müəllimənin gəlib üzr istəməsini tələb ediblər, bununla da məsələnin bağlanacağına söz veriblər.

Sözügedən məktəbin direktoru Çəməngül İsmayılova məsələdən xəbərdar olanda isə “qələt eləyib, deyərəm gedib üzr istəyər” deyib. Amma buna baxmayaraq müəllimə yaşlı qadından üzr istəməyib.

Dusiya Məmmədovanın həyat yoldaşı Vaqif Piravdıyev isə döyülən qadının yaxınlarına “Haqq eləyib, yaxşı edib döyüb” deyib.

Qazax rayonunun Təhsil Şöbəsinin tədris hissə müdiri Məhəmməd Cəfərov AzNews.az-a açıqlamasında baş verən olaydan xəbərsiz olduqlarını bildirib: “Günün ikinci yarısına kimi məsələ araşdırılacaq. Məktəbin direktoru və müəllim bura dəvət olunacaq”.(AzNews.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar