Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadının yad kişinin maşınından düşdüyünü görən kişidən DƏHŞƏTLİ QƏTL- AZƏRBAYCANDA

Tarix: 21-04-2018 13:24     Baxış: 4329 A- / A+
Arvadının yad kişinin maşınından düşdüyünü görən kişidən DƏHŞƏTLİ QƏTL- AZƏRBAYCANDA

Gəncə şəhərində sui-qəsddə təqsirli bilinən 1976-cı il təvəllüdlü Elyar Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az Teleqraf.com-a istyinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Gəncə şəhərin Dədə Qorqud küçəsində Elyar Süleymanov həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elnarə Süleymanovanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisə qisqanclıq zəminində baş verib.

Ötən il sentyabrın 26-da, axşam saatlarında Elyar Süleymanov həyat yoldaşını yad maşından düşən görüb. Bu səbəbdən o, küçənin ortasında arvadı ilə mübahisə edib.

Ər-arvadın mübahisəsi sonda qanlı olayla nəticələnib. Elyar arvadına 8 bıçaq zərbəsi vurub.

Cinayəti törədən Elyar Süleymanov saxlanılıb.

İstintaq orqanı tərəfindən Elyar Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Elyar Süleymanov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, arvadını başqa kişi ilə gördüyü üçün vurub.

Növbəti proses aprelin 25-də davam edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar