Xəbər lenti
Marşrut sürücüsü dostuyla birgə qoca kişini evində döydü - Skafa bağladılar
BakıApellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rasim Quliyev və Vüsal Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Manevr.az "Report"a istinadən xəbər verir ki, Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birində baş verib. Qarət məqsədilə gələn çağırılmamış qonaqlar yaşlı kişini döyüb, daha sonra isə şkafa bağlayıblar.
Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edərək mənzilə salıblar. Yaşlı kişidən pul və qızıl tələb ediblər. Onlar pulu olmadığını deyəndə Y.Sultanovu döyüb şkafa bağlayıblar. Hər ikişəxs isə səsə qonşulargəldikdən sonra isəqaçıblar.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri R.Quliyev və əvvəllər məhkum edilmiş V.Abdullayevi saxlayıb.
Məlum olub ki, hadisəni törədən V.Abdullayev Bakıda 36 saylı marşrut avtobusunun sürücüsü olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar