Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 12 yaşlı məktəbli qız abort etdirib - ŞOK

Tarix: 19-04-2018 15:19     Baxış: 3511 A- / A+
Azərbaycanda 12 yaşlı məktəbli qız abort etdirib


Bu gün Respublika Perinatal Mərkəzdə Antenatal qulluğun təşkilinə dair konfrans keçirilib.

Manevr.az xəbər verir ki, konfransda çıxış edən Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova antenatal qulluq sahəsində statistik göstəriciləri açıqlayıb:
"Ağır vəziyyətdə mərkəzə daxil olmuş qadınların sonrakı vəziyyəti hər zaman müşahidə altında saxlanılır. Ümumiyyətlə, son bir ildə RPM-ə 7-yə yaxın bu cür xəstə daxil olub.

Ağırlaşmaların səbəbləri fərqlidi. Qadınlar əsas xəstəliklərini öz mamaginekoloqlarından gizlədir. Bu səbəbdən doğuşa az vaxt qalanda ağır vəziyyətdə xəstəxanaya daxil olurlar. Biz xəstəlikləri əvvəlcədən bilsək, vaxtında müdaxilə edə bilərik".

S. Məmmədova onu da bildirib ki, yaş artdıqca hamiləlik çətinləşir: "Yaş artdıqca qadınlarda xəstəliklər də artır. 25 yaşdan sonra artıq hamiləliklərdə müəyyən çətinliklər yaranmağa başlayır. Ən çox rast gəlinən xəstəliklər anemiyalar, böyrək və ürək problemləridir ki, yaş artdıqca özünü daha çox göstərir. Bunlar ilk risk qrupuna daxil olan xəstəliklərdir. Qadın risk qrupuna daxil olduqda vaxtaşırı müayinələrdən keçirilir. Bu müayinələr olmasa, ana və uşağın gələcəyi üçün problem yarana bilər.

S. Məmmədovanın sözlərinə görə, ötən il 37 min qadın abort olunub: "Abort olunanların əsas yaş qrupu 18-25-dir, abortdan sonra isə fəsadlaşma halı qeydə alınmayıb. Məktəbli şagirdlərlə bağlı abort halı da yaşanıb. Bu nadirən olsa da qeydə alınıb, həmin say 9-12 arasında dəyişir. Təcavüzə məruz qalan 12-14 yaşlı uşaqların icazəli şəkildə doğuşu sonlandırmağa isə icazə verilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar