Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qardaşını öldürüb meyitini çölə sərdi - TELEVİZORA BAXDIĞINA GÖRƏ

Tarix: 19-04-2018 12:07     Baxış: 4275 A- / A+
Qardaşını öldürüb meyitini çölə sərdi - TELEVİZORA BAXDIĞINA GÖRƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevin məhkəməsi keçirilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahidlər dindirilib.

Qardaşların qonşusu Vaqif Kazımov ifadə verib. O bildirib ki, Əli və Murad daim çox sakit olublar: "Onların evindən heç vaxt səs-küy gəlməzdi. Çox sakit ailə idilər. Yatsam da yuxuma girməzdi ki, Əli Muradı öldürərər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir, anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq".

Hakim bildirib ki, Ə.Əliyevin digər qardaşı, şahid Fərhad Əliyev məhkəməyə gəlməyib. Növbəti iclasda onun ifadə verəcəyi gözlənilir.

Proses aprelin 25-də davam etdiriləcək.


İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizora baxan qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevi bıçaqlayaraq öldürüb. M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.qafqainfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar