Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cümə məscidində cinayət

Tarix: 16-04-2018 16:20     Baxış: 4379 A- / A+
Cümə məscidində cinayət

Bakı Ağır Cinayətlər Məhkəməsində 61 yaşlı Faiq Davudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az
virtualaz.org-a istinadən xəbər verir ki, F.Davudov 65 yaşlı arvadı Fəridə Davudovanın 23 yaşlı Kamran Məmmədovla sevgili olmasından şübhələnib. O, Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində K.Məmmədovu kürəyindən bıçaqla vurub. Məhkəmə ekspertizasının rəyinə görə, F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.

Təqsirləndirilən Faiq Davudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, cinayəti etiraf edərək, həmin gənci namus üstündə vurduğunu deyib.

Zərərçəkmiş Kamran Məmmədov ifadəsində internatda böyüdüyünü, hadisə baş verən məsciddə xidmətçi işlədiyini bildirib: "Anam rəhmətə gedib, atam isə həbs olunub. Faiqi oğlu Salehə görə bağışlayıram. Saleh mənə çörək verib".

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kamera görüntülərinə baxıb: "Atam ruhi xəstədir, evdə müalicə olunurdu, yaşlı olduğu üçün xəstəxanaya aparmadıq".

Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. O vaxt ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

Məhkəmənin qərarına əsasən F. Davudov məcburi müalicəyə göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar