Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtomobildən 20 min dollar oğurladılar

Tarix: 16-04-2018 13:51     Baxış: 3294 A- / A+
Bakıda avtomobildən 20 min dollar oğurladılar


Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Manevr.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porche” markalı avtomobildən 20.000 ABŞ dolları, “Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar