Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Borçalıda seçki məntəqəsində kütləvi qarşıdurma - FOTO

Tarix: 08-10-2016 21:10     Baxış: 3461 A- / A+
Borçalıda seçki məntəqəsində kütləvi qarşıdurma


Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində "Paata Burçuladze - Xalq üçün dövlət" hərəkatı və “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, "Paata Burçuladze - Xalq üçün dövlət" hərəkatının tərəfdarları olduğu bildirilən 100-dək dəyənəklərlə silahlanmış şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.

Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.

Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.

Polis hazırda vəziyyəti nəzarətə götürüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar