Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur gitaraçının apardığı toyda FACİƏ - Bəyin atası öldü

Tarix: 10-04-2018 10:07     Baxış: 4286 A- / A+
Məşhur gitaraçının apardığı toyda FACİƏ - Bəyin atası öldü

Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.

Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:


"İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra "mənim havamı çalın" deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı".

Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:

"Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü. Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar