Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavinimizin ölüm səbəbi bilindi - evində..

Tarix: 09-04-2018 13:25     Baxış: 3255 A- / A+
Nazir müavinimizin ölüm səbəbi bilindi - evində..

Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

Manevr.az xəbər verir ki, unikal.org mərhum nazir müavinin ölüm səbəbini əldə edib. Belə ki, A.Vəlibəyov bu gün səhər saatlarında qəfil ürək tutmasından dünyasın dəyişib. O, heç bir xəstəlikdən əziyət çəkmirdi. Bu gün səhər Bakı şəhəri Nəsimi rayonu yaşadığı evdə qəfildən özünü pis hiss edib və az keçmədən dünyasını dəyişib.

Qeyd edək ki, mərhum bu gün saat 15:00-da dəfn olunacaq.

Xatırladaq ki, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub.

1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar