Xəbər lenti
Almaniyada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları varmı? - RƏSMİ AÇIQLAMA

Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Manevr.az bildirir ki, bunu trend-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".
Münster şəhərində yaşayan həmyerlimiz bildirib ki, insident nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Maşının sürücüsünün ruhi xəstə alman olduğunu bildirən həmyerlimiz qeyd edib ki, bu kafeyə əsasən zənginlər gəlir.
Qeyd edək ki, son məlumatlara əsasən, Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində intihar edən sürücü də daxil olmaqla 3 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Şimali Reyn-Vestfaliy a federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, Münsterdəki insidentin terror aktı olduğu barədə məlumat yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar