Xəbər lenti
17 yaşlı oğul atasını niyə öldürdü? - Divanda televizora baxarkən...

Dünən Bakıda 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.
Binə qəsəbəsi, Südçülük Sovxozundakə fərdi yaşayış evində atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq öldürən 17 yaşlı Kənanın psixi problemlərinin olduğu məlum olub.
Müəyyənləşdirilib ki, son aylarda 17 yaşlı Kənanın davranışlarında ciddi dəyişikliklər olub. O, tez-tez valideynləri, əsasən də anası ilə dalaşırmış. Bir neçə gün əvvəl 17 yaşlı Kənanın çətinliklə qəbul olduğu liseyi özbaşına tərk etməsi isə ailədə münasibətləri daha da kəskinləşdirib. Nəhayət dünən səhər saatlarında anası işə getdikdən sonra atası Kənanla söhbət etməyə çalışıb və oktyabrın 5-də anasına dediyi sözlərə görə onu danlayıb. Gənc oğlan isə atasına sərt cavab verib və heç kimin onun işinə qarışmamasını deyib. Ata ilə oğulun mübahisəsi daha sonra münaqişəyə çevrilib və 17 yaşlı Kənan divanda uzanıb televizora baxan atasına hücum çəkib və ona bıçaqla zərbələr endirib.
Hadisə vaxtı evdə ata ilə oğuldan başqa kimsə olmayıb. Dayısı Kənanı polisə təslim edib.
Qeyd edək ki, oğlu tərəfindən öldürülən Q.Qasımov taksi sürücüsü olub.(Lent.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar