Xəbər lenti
Parlamentin spikeri Ali Məhkəmənin sədrini döydü
Çeçenistan Respublikası parlamentinin spikeri Məhəmməd Daudov respublika Ali Məhkəməsi sədrinin səlahiyyətlərinin müvəqqəti icraçısı Tahir Murdalovu döyüb.
Manevr.az bildirir ki, xəbəri Qroznıdakı mənbələrinə istinadən "Qafqaz.Reallıqlar" nəşri yayıb.
Nəşrin məlumatına görə, Daudov bir gün əvvəl on maşından ibarət kortejlə məhkəmə binasına gəlib və təxminən 40 nəfər binanı mühasirəyə alıb. Daudov Murdalovun kabinetinə girib və...
"Spiker sədrin səlahiyyətlərinin müvəqqəti icrasından sağlamlıq vəziyyətinə görə istefa ərizəsi yazmasını tələb edərək döyməyə başladı. Murdalov bu tələbi yerinə yetirməkdən imtina etdi. Onu Daudovla birlikdə bir neçə mühafizəçisi də döyməyə başladı. Bu vaxt Daudov Murdalovu öldürməklə hədələyirdi.
"Öldürmək —cəsarət deyil, sən bundan artığına qadir deyilsən, mənim itiriləsi heç nəyim yoxdur”, – deyə Murdalov cavabında bildirdi.
Nəticədə Daudov məhkəmə binasını tərk etdi və mühasirə yığışdırıldı", - deyə “Azadlıq" radiosunun Qafqaz layihəsinin nəşrə istinadən xəbərində vurğulanır.
Mənbələrin məlumatına görə, Qroznıda həkimlərdən heç biri Murdalovun tibbi yoxlamasını keçirməyə razılaşmayıb, ona görə də o, Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin zabitinə müraciət etmək məcburiyyətində qalıb.(virtualaz.org)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar