Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Avropa və dünya çempionu VƏFAT ETDİ

Tarix: 02-04-2018 17:22     Baxış: 7383 A- / A+
Azərbaycanın Avropa və dünya çempionu VƏFAT ETDİ

Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib.
Bu barədə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov məlumat verib:

"O, 14 qat dünya və 14 qat Avropa çempionudur. Ölkəmiz 60-dan çox medal gətirib. Onun oğlu da qol güləşi üzrə dünya və Avropa çempionudur. Hadisə isə axşam saatlarında baş verib. Belə ki, axşam televizora baxdığı yerdə infarkt keçirib. Sabah onun dəfn mərasimidir. Bütün idmançılarımız Minabəddin Qurbanovun dəfnində iştirak edəcək. O həm məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərir, həm də bizim federasiyamızın yarışlarına çıxırdı”.

Federasiya prezidenti 1956-cı il təvvəllüdlü "Qafqaz pələngi” kimi tanınan keçmiş idmançının ölümünə səbəb kimi, məşqlərdə çox yüklənməsi məsələsinə də münasibət bildirib:

"Bizim idmanda yaş həddi yoxdur. Minabəddin Qurbanov da "Qrand-Master” yarışlarında çıxış edirdi. Bu yaxınlarda Bolqarıtanın Sofiya şəhərində keçiriləcək Avropa Çempionatında iştirak etmək istəyirdi. O yarışa hazırlaşırdı. Təəssüflər olsun ki, dünyasını dəyişdi. Onun ölümünə səbəb heç də ağır məşqlər keçirməsi deyildi. Bu günə qədər bir yerinin ağrımasından şikayətlənməyib. Xaçmazın Yalama kəndində, təmiz hava şəraitində yaşayan biri idi. Çox sağlam, gümrah idi.. Əgər onun hansısa bir yerindən şikayəti olsaydı, dərhal bilib, həkimə aparardıq”. unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar