Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oğuzda kürəkən qayınatasını mişarla doğradı - TƏFƏRRÜAT

Tarix: 02-04-2018 15:15     Baxış: 3306 A- / A+
Oğuzda kürəkən qayınatasını mişarla doğradı - TƏFƏRRÜAT

Oğuzda 27 yaşlı kişinin odun doğrayan elektrik mişarı ilə qayınatasını doğramasının təfərrüatları məlum olub.

Manevr.az xəbər verir ki, Xaçmaz kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə rayonun Bucaq kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Oğuz rayonun Xaçmaz bələdiyyə sədri Vidadi Məmmədovun publika.az-a verdiyi məlumata görə, tərəflər hadisə zamanı içkili olublar:

"Səfa Fətəliyev özü Padar kəndinə gedib-gəlir, amma Bucaq kənd sakinidir. Qayınatası da, özü də alkoqollu içki alüdəçisi olublar. Normal vəziyyətdə olmayıblar. Hadisə Xaçmaz kəndində Tərlan İmanovun atasına məxsus olan evin həyətində baş verib. Həyətdə iş görən zaman sözləri çəp gəlib. Elə olub ki, oturub yemək yeyən zaman hər ikisi içib, sonra bu mübahisə yadlarına düşüb, savaşıblar. Elə bu zaman da kürəkən odun doğrayan elektrik mişarı ilə qayınatasın doğrayıb. Eşitdiyimə görə, kişi Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri alıb".

Padar bələdiyyə sədri Afər İsrafilov isə bildirdi ki, Səfa Fətəliyevin ailəsi ayrıldıqdan sonra içkiyə qurşanıb:

"Oğlanın özünü yaxşı tanımırıq. Atası ilə anası ayrıldıqdan sonra atası bizim kənddə yaşayır. Anası ilə özü bizim kəndin sakinləri deyil. Arabir atasının yanına gəlib-gedir. Eşitdiyim qədəri ilə zəhmətkeş, çalışqan uşaq olub".

Xəstəni ilk olaraq Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Xəstəxananın baş həkimi Anar Əzizovun Publika.az-a verdiyi məlumata görə, xəstə ağır vəziyyətdə qəbul edilib:

"Xəstə dünən bizim xəstəxanaya gətirilib. Xəstəxanaya daxil olan zaman vəziyyəti ağır olub. Bədən nahiyyəsində çoxsaylı kəsiklər olub. Cərrahi əməliyyat edilib. Döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Vəziyyəti ilə bağlı mütəmadi məlumat alırıq. Hazırda vəziyyəti qənəatbəxş hesab olunur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar