Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda narkotik satmaq istəyənlər yaxalandı- FOTO

Tarix: 29-03-2018 21:34     Baxış: 5440 A- / A+
Bakıda narkotik satmaq istəyənlər yaxalandı- FOTO

Bakıda narkotik maddə satmaq istəyən şəxs tutulub.
Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmməd Cəfərovu şübhəli şəxs kimi saxlayıb. Onun üzərindən 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana götürülüb. Araşdırma zamanı məlum olub ki, Məmməd Cəfərov narkotik maddələri yaşadığı Maştağa qəsəbəsində əkib və daha sonra satmaq məqsədi ilə qurudaraq qablaşdırıb.
Sabunçu Rayon 14-cü Polis Bölməsi əməkdaşları da əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarovu saxlayıblar. Onun əlindəki çantaya baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan marixuananın ümumi çəkisinin 4 kiloqram 150 qram olması barədə rəy verilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar