Xəbər lenti
25 yaşlı gənc borc üstündə döyüldü - AZƏRBAYCANDA

Goranboy rayon sakini borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb.
Manevr.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun "Goran" stansiyası ərazisində qeydə alınıb.
Belə ki, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu 1990-cı il təvəllüdlü İlkin İmamquliyevlə görüşüb. İ.İmamquliyev ondan 40 manat borcunu tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə İ.İmamquliyev tanışı, 1983-cü il təvəllüdlü Ramin Musayevlə birgə H.Əliyevi döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, hadisəni törədən hər iki şəxs sərxoş olub.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































