Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalistimizin ölümünün əsl səbəbi: Yarım saat sonra...

Tarix: 29-03-2018 15:51     Baxış: 3594 A- / A+
Tanınmış jurnalistimizin ölümünün əsl səbəbi: Yarım saat sonra...

Rusiyanın Həştərxan şəhərində avtomobil qəzasında ölən azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) meyiti üzərində aparılan tibbi ekspertizanın yekun rəyi açıqlanıb.

Manevr.az "report"-a istinadən xəbər verir ki, ekspertizanın rəyinə əsasən, Ü.Şamilqızı hadisə baş verəndən 30 dəqiqə sonra keçinib.

Rəydə qeyd olunub ki, Ü.Şamilqızının aldığı bədən xəsarətləri və travmalar ilə sağ qalmaq ümidi olub: "Təcili Tibbi Yardım maşını hadisə baş verən əraziyə gec gəlib. Huşsuz halda üzüyuxarı vəziyyətdə uzanan Ülviyyə Məmmədovanın boğazına qan yığılıb və o, öz qanında boğularaq ölüb".
Ekspertizanın rəyində həmçinin qeyd olunub ki, hadisə Rusiya Federasiyası vaxtı ilə 18:20-də baş verib: "Hadisədən sonra qəzanı törədən sürücüyə məxsus mobil nömrədən saat 18:24-də Təcili Tibbi Yardım Stansiyasına (TTYS) zəng olunub. Bir qədər sonra - 18:36-da TTYS-dan qəzanı törədən şəxsin mobil nömrəsinə zəng olunub və tibbi yardım maşınını idarə edən sürücünün qəza baş verən ərazini tapa bilməməsi deyilib. Qəzanı törədən sürücü yenidən saat 18:40-da TTYS-ə zəng edib və Təcili Tibbi Yardım maşınının niyə gəlmədiyini soruşub. Təcili tibbi yardım maşını hadisə yerinə saat 19:00 radələrində - Ülviyyə Məmmədova dünyasını dəyişəndən sonra gəlib çatıb" - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə bildirilib.

Xatırladaq ki, bu il yanvarın 24-də Rusiyanın Həştərxan şəhərində Ülviyyə Məmmədovanı avtomobil vurub. Ağır bədən xəsarətləri alan Ü.Məmmədova hadisə yerində ölüb. Mərhum Gəncə şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində, "Report" İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar