Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

22 yaşlı oğlan intihar etdi - BİR SƏHVİNƏ GÖRƏ

Tarix: 29-03-2018 12:15     Baxış: 3367 A- / A+
22 yaşlı oğlan intihar etdi - BİR SƏHVİNƏ GÖRƏ

Mart ayının 27-də Kürdəmir rayonunun Garıs Əyribənd kəndində intihar faktı qeydə alınıb.

Manevr.az xəbər verir ki, kənd sakini, 1996-ci il təvəllüdlü Əli Vidadi oğlu Cabbarov Girdiman çayının Kürdəmir rayonundan keçən hissəsindəki körpüdən özünü asaraq intihar edib. Mərhumun atasının "ölkə.az"a verdiyi məlumata görə, oğlunu müəyyən şəxslər intihar etməyə vadar ediblər:


"Oğlum axşam evdən çıxıb qonşuluqda yaşayan bacısıgilə gedib. Bir az orada bacısının uşağı ilə oynadıqdan sonra Girdiman çayı tərəfə gedib. Orada əynində olan gödəkçəsini çıxardaraq təxminən saat 21 radələrində iplə özünü asıb. Mən telefonuna zəng eləyirdim götürmürdü, şübhələndim. Səhərə yaxın çayın qırağında meyitini özüm aşkar elədim. Oğlum sonuncu dəfə telefonda kənd sakini Seyran adlı şəxslə yazışıb. O sonuncu mesajında belə sözlər yazıb: "Seyran, Röyal, mən getdim, görüm siz neynəyəcəksiz, səhv hamıda ola bilər".
Həmçinin məktubda yazıb qoyub ki, "bir səhvdir bağışla atam, anam". Həm telefonu, həm də məktubu rayon prokurorluğuna təhvil vermişəm".

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar