Xəbər lenti
Sumqayıtda özünü yandıran şəxslə bağlı - DİN-dən açıqlama

Dünən Sumqayıtda özünü yandıran, Qarabağ müharibəsi iştirakçısı olduğu iddia edilən Cəmil Məmmədovla bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun bildirdiyinə görə, C.Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi "NazLifan" markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. Hətta qəzalar nəticəsində ayağının biri amputasiya olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.
DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən oktyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”. ("Qafqazinfo")
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar