Xəbər lenti
Rusiyada ticarət mərkəzində azı 9 uşaq yanaraq ölüb

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın zamanı azı 9 uşaq ölüb.
Manevr.az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Kemerovo vilayəti üzrə Baş idarəsinin rəis müavini Boris Dedyuxin bildirib.
“Hazırda 37 nəfərin öldüyü təsdiqlənib. Onlardan ən azı 9-u uşaqlardı. Yanmış meyitləri tanımaq çox mürəkkəbdir”, deyə B.Dedyuxin qeyd edib. Onun sözlərinə görə, hazırda 64 nəfər itkin düşmüş hesab edilir.
Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında qeydə alınıb. Hazırda yanğın söndürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar