Xəbər lenti
Sumqayıtda oğurluqla məşğul olanlar ələ keçdi

Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutulub.
Manevr.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Orxan Abdullayevin ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 4-də şəhər ərazisində “KİA” markalı avtomobildən 300 manat pul və sənəd oğurlaması da müəyyən edilib.
Bundan başqa Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 5-dən bu il martın 10-dək olan müddətdə şəhər ərazisində 2 evdən 990 manat, 4 ədəd qol saatı, mobil telefon, kompyuter və qızıl əşyalar, 1 mağazadan isə 441 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Suleykin saxlanılıb.
Hər iki şəxsin ətrafında araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar