Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sürücünü yumruqlayan qadın polisə verildi

Tarix: 19-03-2018 18:32     Baxış: 4394 A- / A+
Sürücünü yumruqlayan qadın polisə verildi

79 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünə qarşı edilən qeyri-etik davranışa görə daşıyıcı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Bu barədə modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, sürücülərə qarşı belə hallara yol verilməsi doğru deyil:

"Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlar maksimum dərəcədə əməl edilir. BakıNəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən sürücülərə qarşı bəzi sərnişinlər tərəfindən belə hallara yol verilməsi doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbuledilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək".

Qeyd edək ki, bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda iki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub. Mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu "Xaliq Faiqoğlu " şirkəti hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini açıqlamışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar