Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Doğuşdan iki gün sonra keçinən ananın ölüm səbəbi BİLİNDİ

Tarix: 18-03-2018 09:12     Baxış: 4240 A- / A+
Doğuşdan iki gün sonra keçinən ananın ölüm səbəbi BİLİNDİ

Göygöl rayonunda qeysəriyyə əməliyyatından 2 gün sonra dünyasını dəyişən qadının ölüm səbəbi açıqlanıb.
Manevr.az “report”a istinadən xəbər verir ki, ilkin ehtimala görə, buna ağ ciyər arteriyasının tromboemboliyası səbəb olub.
Rayonun Şəhriyar kənd sakini olan 42 yaşlı Abdullayeva Ofeliya Cəlal qızı 22 ildən sonra 3-cü oğlan uşağını dünyaya gətirib. Uşaq martın 15-i səhər saatlarında qeysəriyyə yolu ilə doğulub. Martın 17-də qadının halı pisləşib və o, axşam saat 17:00 radələrində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədə qadına tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Üç uşaq anası xəstəxanaya gətirildikdən 3 saat sonra dünyasını dəyişib. Yeni doğulan körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir.
O.Abdullayevanın ilk oğlunun 24, ikinci oğlunun isə 22 yaşı var və bu onun ilk qeysəriyyə əməliyyatı olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar