Xəbər lenti
Hadisə yerindən qaçan sürücü ələ keçdi

Bakıda qəza törədərək hadisə yerindən qaçmış şəxsi polis saxlayıb
Ötən gün Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.
Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü — Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. sputnik
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar