Xəbər lenti
17 yaşlı baldızını zorladı - Paltarımı çıxardıb, bədənimi öpməyə başladı

Bacısının əri 17 yaşlı qızı anasının gözü önündə zorlayıb.
Manevr.az haberler-ə istinadən xəbər verir ki, gənc qız "paltarlarımı zorla çıxarıb, bədənimi öpməyə başladı. İcazə verməyincə, anam məni dəmirlə döydü" deyərək ikisindən də polisə şikayət edib.
Türkiyənin Tekirdağ vilayətinin Ergene qəsəbəsində, Coşkun Ş. ayrıldığı arvadının bacısı C.K.-ya (17) təcavüz etdiyi iddiası ilə həbs edilib. Qızın anası icbari cəza alaraq sərbəst buraxılsa da, çarəsiz qız C.K. isədövlət himayəsinə verilib.
C.K.-nın ifadəsi:
"Anam əsəbləşəndə məni döyərdi. Niyəsin bilməzdim. Bir gün yenə işdən gəldim. Evdə yenə anam və bacımın keçmiş həyat yoldaşı Coşkun var idi. Mən də divanın üstündə oturdum. Coşkun yanıma gəldi vəməni qucaqladı. Mən icazə vermədim. Boynumdan vurdu. Yerə yıxıldım. Paltarlarımı zorla çıxartdı. Anam otaqda olsa da heç nə etmədi. Bədənimi öpməyə başladı. Güclə qaçdım. Anam arxamca gəldi, əlindəki dəmir parçası ilə "Niyə belə etdin?" deyərək məni vurmağa başladı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar