Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəlini döyüb saçını qırxdılar – Azərbaycanda namus cinayəti

Tarix: 14-03-2018 19:25     Baxış: 3671 A- / A+
Gəlini döyüb saçını qırxdılar – Azərbaycanda namus cinayəti

Samux rayonunda qısqanclıq zəminində qızını öldürməyə cəhddə təqsirli bilinən 1955-ci il təvəllüdlü Famil Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

İttihama görə, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə baş verib. 1988-ci il təvəllüdlü İlahə Pənahovanı qayınanası və əri başqa bir kişi ilə görüşərkən tutublar.

Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynanası və əri tərəfindən döyülüb, saçı qırxılıb. Sonra isə İlahə Pənahova atasının zorakılığına məruz qalıb.

Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Famil Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat verilib. O, qızının yaşadığı Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb.

İlahə Pənahova həqiqətən nalayiq əməllərlə məşğul olduğunu atasına etiraf edib.

Bundan sonra qızını Nəbiağalı qəsəbəsindəki evinə gətirən Famil Məhərrəmov əvvəl küt alətlə ona xəsarət yetirib, daha sonra onu boğaraq öldürmək istəyib.

Ancaq Famil Məhərrəmov qızı İlahə Pənahovanı müəyyən səbəblərdən öldürə bilməyib.

Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İlahə Pənahovanın əri Gəncə Dəmiryol İdarəsində işlədiyindən həmin gün növbədə olub.

Famil Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Famil Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar