Xəbər lenti
Şəhid qızını maşınla öldürən biznesmenin oğluna CƏZA TƏLƏBİ
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən biznesmen oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış edərək Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Yeer Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızı vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.
R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov “Yeganə” şadlıq sarayının da sahibidir. Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar