Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmaz hala düşən cəsədlər belə daşındı - FOTOLAR

Tarix: 13-03-2018 13:17     Baxış: 2522 A- / A+
Tanınmaz hala düşən cəsədlər belə daşındı


Ötən gün Dubaydan qayıdan Türkiyə təyyarəsinin qəza etdiyi ərazidən ilk görüntülər yayılıb.

Hazırda qəza yerində İran xilasediciləri və təcili tibbi yardım briqadaları çalışır. Bu vaxta qədər 10 meyit tapılıb və onlardan 8-nin şəxsiyyəti müəyyənləşib. İki meyit tanınmaz haldadır, bir nəfərin isə axtarışları davam edir.

İranın Ankaradakı səfiri Məhəmməd İbrahim Taheriyan Fard deyib ki, kəskin hava şəraitinə baxmayaraq, qəza baş verən ərazidə axtarış tədbirləri dayanmayıb.

Qeyd edək ki, İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarənin İranın qərbində qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. "Başaran Holdinq"ə məxsus təyyarə şirkətin rəhbəri Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsini Dubayda keçirilən "Subaylığa vida partisi"ndən gətirirmiş.

8 sərnişin və 3 ekipaj üzvü – ümumilikdə, 11 qız hamısı həlak olub./axar.az/

Tanınmaz hala düşən cəsədlər belə daşındı
Tanınmaz hala düşən cəsədlər belə daşındı
Tanınmaz hala düşən cəsədlər belə daşındı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar