Xəbər lenti
Təqaüdçü akuladan yalın əllə xilas oldu

Oxu.az-ın verdiyi xəbərə görə, bu barədə “9news” nəşri məlumat yayıb.
Viktoriya ştatında yaşayan Rob Krossland nahardan sonra dənizdə çimməyə gedib. Çimərkən 69 yaşlı avstraliyalı əvvəlcə balığın üzgəcini, sonra da uzunluğu üç metrə yaxın olan köpəkbalığının özünü görüb. O, suya baş vuraraq yırtıcını burnundan vurmağa başlayıb.
“O, ətrafımda 6-7 dəfə dövrə vurdu və hər dəfə mən onu burnundan vurdum. Onun ağzını açmasını gözləyirdim”, - deyə Krossland qeyd edib.
Avstraliyalı təqaüdçü yalın əllərilə canını köpəkbalığından qurtara bilib. Özünün dediyinə görə, bunun səbəbi onun rəngli çimərlik paltarı geyinməsi olub.
Onun dediyinə görə, köpəkbalığından qaçmayıb, çünki “məhz o zaman onlar hücuma keçir”.
Balığın ona marağı itəndən sonra təqaüdçü sudan sahilə çıxaraq kömək çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar