Xəbər lenti
Azərbaycanlı məşhur aparıcını küçənin ortasında döydülər

Keçmiş aparıcı Sevinc Camalova bir kişi tərəfindən küçənin ortasında döyülüb.
Sevinc bu haqda özü xəbər yayıb.
O bildirib ki, hazırda bunla bağlı polisə müraciət edib:
"Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".
S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini əlavə edib:
"Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq".
Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.big.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar