Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nişanlı oğlanı ata bağlayıb sürüdülər - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Tarix: 06-03-2018 23:05     Baxış: 3725 A- / A+
Nişanlı oğlanı ata bağlayıb sürüdülər - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.
Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.
Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxlayırmış.
Sirusun yaxınları iddia ediblər ki, Seymur Məmmədov Sirusu döyəndən sonra onu ata bağlayaraq xeyli sürüyüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis tərəfindən tutulan S.Məmmədov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar