Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Məsləhət olsa oğlum baldızıyla da yaşayar, yoldaşıyla da" - 15 yaşlı baldızını qaçıran oğlanın anası

Tarix: 04-10-2016 15:34     Baxış: 4595 A- / A+
"Məsləhət olsa oğlum baldızıyla da yaşayar, yoldaşıyla da"



Xəbər verdiyimiz kimi Cəlilabad rayonunun Mikayıllı kənd sakini Ələmdar Məmmədov 15 yaşlı baldızı Gülbahar Əhmədovanı (ad şərtidir) qaçırıb. Məmmədovun həyat yoldaşı isə hazırda atasının evindədir.

Ölkə.Az sözügedən məsələylə bağlı Ələmdar Məmmədovun anası Rəvayət Məmmədovanı danışdırıb.

- Rəvayət xanım, Ələmdər Gülbaharı nə vaxt qaçırıb?

- Bir ay yeddi gün idi ki, Ələmdar daş karxanasında işləyirdi. Pullarını verməmişdilər. Mən xəstəyəm, guya gəlib məni həkimə aparacaqdı. Axşamçağı mənimlə danışdı, dedi ki, nənə, səhər pulumuzu verəcəklər, evə gələcəyəm. Sentyabrın 23-nün gecəsi bacısıgildən çıxıb, deyib ki, zəng etməliyəm, gedim, kontur alım. Həqiqətən zəng də gəlibmiş. Ondan sonra yoxa çıxıb. Gecə saat 3-də qayınanası zəng edib ki, Gülbahar qaçıb. Mənim gəlinim də deyib ki, sənin qızın qaçıb, ona biz neynəyək? Sonra Ələmdarı soruşub, gəlinim də deyib, yoldaşım belə biqeyrət oldu ki, baldızını qaçırdı? Ondan sonra heç nədən xəbərdar deyiləm. Mənim evdə nə yoldaşım, nə oğlum yoxdur, qardaşlarım uzaqdadırlar, özüm də zəlil, xəstə adamam.

- Bu ailəylə əvvəldən qohumsunuz?

- Qohum deyilik. Gəlinim həmin gecə saat on ikinin yarısına qədər anası və bacısıyla telefonla danışıblar. Gecə gəlinim qızıma zəng edib. Səhər tezdən bilmişəm ki, Ələmdar yoxdur. O böyük qızı - gəlinimi də hardansa telefonla ona göstərmişdilər. O da götürüb qaçmışdı. Mən də dedim hər nədirsə, öz adıma görə gəlin qaytarmaram geriyə. Öz adıma görə o gəlini iki il yarım saxladım. Bir oğlanları var.

- Kənd sakinləri bildirdilər ki, oğlunuz bir az tüfeyli həyat tərzinə meyillidir. Hətta atası dünyasını dəyişəndə Bakıdan iyirmi gün sonra gəlib çıxıb, başqa bir qadınla yaşayırmış...

- Onlar yalan söhbətlərdir. Düzdür, oğlumun başı çatmırdı, nə qədər söz desən, beyninə girmirdi. Amma başqasıyla yaşamaq söhbəti yox idi. Aldığı gəlinimdir, onunla da iki il yarımdır bir evdə yaşayırdılar.

- Ələmdarın həyat yoldaşıyla münasibətləri necə idi?

- Yaxşı idilər. Özü istəyib almışdı.

- Öz gəlininiz Ələmdarla Gülbahar qaçandan sonra gedib, yoxsa əvvəldən atasıgildəydi?

- Gəlinim hadisə olandan sonra çox ağladı, özünü ora-bura vurdu. Anası gəldi apardı.

- Gülbahar sizə tez-tez gəlib gedirdi?

- İki il yarım ərzində lap əvvəllər gəlirdi, amma sonralar yox.

- Qudanızgil sizə zəng edib hədə-qorxu gəlmirlər ki?

- Yox, mənim nə günahım var ki, hədələsinlər? Başqa adamı gedib gətirsəydi, mənə nəsə deyərdilər. Bu xəbəri oğlumun qayınanasından eşitmişəm.

- Oğlunuz hər ikisiylə yaşamaq istəsə razı olarsız?

- Əgər elə məsləhət olsa, razı olaram.

- Bildiyimə görə, bir oğlunuz da həbsxanadadır. O da qız qaçırmışdı?

- Yox, öz dostuyla sözləri çəp gəldi, söyüş üstündə dostunu bıçaqlamışdı.


İntiqam VALEHOĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar