Xəbər lenti
Azərbaycanda daha iki körpə dəm qazından BOĞULDU - FOTO

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.
Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.
Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar