Xəbər lenti
Rusiyadakı dəhşətli yanğında ölən azərbaycanlıların sayı 7-yə çatdı

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb.
Bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov məlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1936-cı il təvəllüdlü İzzət Quliyeva xəstəxanada vəfat edib.
Diaspor rəhbəri yanğın nəticəsində yaralanan daha 3 nəfərin xəstəxanada olduğunu, onlardan birinin vəziyyətinin ağır olduğunu söyləyib.
Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüb. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1936-cı il təvəllüdlü İzzət Quliyeva, 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva və 1969-cu il təvəllüdlü Sevinc Quliyeva ağır yanıq xəsarətləri alıb. Sevinc Quliyeva, Sədaqət Quliyevə və İzzət Quliyeva daha sonra xəstəxanada keçiniblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar