Xəbər lenti
12 yaşlı qız özünü tövlədə asdı - Səbəb - FOTO
"Mavi balina" oyunu oynayan 12 yaşlı qız intihar edib.
Tövlədən qızın cansız bədənini onun nənəsi tapıb. Nənəsi ilə birlikdə yaşayan qızın anası işləmək üçün Polşaya yollanıb. Müəllimlərinin dediyinə görə, Anastasiya çox savadlı şagird olub. O, ingilis, alman və polşa dillərini bilib. Onun ən böyük arzusu tərcüməçi olmaq idi.
İnna Qleqa adlı polisin açıqlamasına görə "Anastasiya intihar etməzdən öncə Youtube-də "necə düyüm vurmaq olar?", "ən möhkəm kəndir" kimi videolar izləyib.
O, həmçinin bildirib ki, qız "Mavi balina" oyununda qeydiyyatdan keçib və oyundan verilən əmrə görə özünü öldürüb.
Qeyd edək ki, "Mavi balina" oyunu insanları intihara sürükləyən təhlükəli oyundur. "Oyun 50 təlimatdan ibarətdir. Oyun asılılıq yaradır, bir müddət sonra telefondakı şəkillər, kontaktlar ələ keçirilir.
Oyunun qorxulu filmlər izləmək, damarlarını doğramaq, qoluna mavi balina çəkmək, gecə gec saatlarda oyanmaq, gecə qəbirstanlığa getmək kimi tələbləri var. Administrator tərəfindən verilən bu əmrlərə tabe olmadıqda, ya şəkillərlə şantaj olunursan, ya da yaxın qohumlarının xəsarət alacağı barədə...
Ukraniyanın Rudka vilayətində yaşayan Anastasiya Kisluk adlı qız özünü həyətlərindəki tövlədən asıb. O, özünü öldürməzdən öncə Youtube-də intihar videolarını izləyib.
50 gün tamam olduqdan sonra administrator intihar əmri verir. Oyun daha çox azyaşlılara təsir edir. Bu səbəbdən də valideynləri diqqətli olmağa çağırırıq./milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar