Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
14-04-2024
BÜTÜN XƏBƏRLƏR

Balakəndə at kəsənlər aşkarlandı

Tarix: 01-03-2018 19:39     Baxış: 3209 A- / A+
Balakəndə at kəsənlər aşkarlandı


Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilib.

Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş, eləcə də həmin atı öz istifadəsi və satmaq üçün kəsidiyini bildirib. Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumova məxsus və onun tərəfindən antisanitar şəraitdə kəsilmiş atın 120 kq çəkisində olan əti müayinəsi başa çatana kimi saxlama kamerasına yerləşdirilib.Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

Araşdırma aparılması məqsədilə toplanmış materiallar Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar