Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktoru IX sinif şagirdini döydü: - TƏFƏRRÜATI

Tarix: 28-02-2018 20:18     Baxış: 3238 A- / A+
Məktəb direktoru IX sinif şagirdini döydü: - TƏFƏRRÜATI

Maştağadakı 22 nömrəli tam orta məktəb şagirdin direktor tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirib.

Məktəbdən verilən məlumatda bildirilir ki, təhsil ocağının bir nəfər IX sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunur: "Şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub. Şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını-ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub".

Qeyd olunub ki, inspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib: "Məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb. Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur".

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döydüyü bildirilib.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar