Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlılar FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDULAR - VİDEO

Tarix: 27-02-2018 18:15     Baxış: 2428 A- / A+
Rusiyada azərbaycanlılar FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDULAR

Dünən Rusiyanın Çelyabinsk vilayətinin Kartalinsky rayonunda 2 azərbaycanlı dəhşətli qəza nəticəsində dünyasını dəyişib.

Dünən səhər saatlarında rayonun Velikodetrovka-Kartalı-Annenskoy yolunun 12-ci kilometrliyində "Nissan X-Trail" və "VAZ-21102" avtomobilləri toqquşub.

Hadisə nəticəsində "VAZ-21102"-nin sürücüsü 1971-ci il təvəllüdlü Musa Muxtarov və sərnişini 1981-ci il təvəllüdlü Siyasət Əhədov dünyasını dəyişib.

Hadisəyə səbəbkar isə hələlik adı açıqlanmayan, Rusiya vətəndaşı 26 yaşlı "Nissan X-Trail"-in sürücüsü olub. Havaların qarlı-şaxtalı keçməsi səbəbindən yolları buz bağlayıb. 26 yaşlı "Nissan X-Trail"-in sürücüsü yolda sürət həddini aşdığı üçün qəza baş verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. Hər iki mərhumun cənazəsinin sabah Azərbaycana gətirilməsi gözlənilir. Hazırda isə onların sənədləri hazırlanıb və ölkəyə göndərilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Musa Muxtarov və sərnişini Siyasət Əhədov Azərbaycanın Lənkəran rayonu Cil kəndində doğulublar. Musa Muxtarov Siyasət Əhədovun dayısı olub. Onlar uzun müddətdir ki, Çelyabinsk vilayətində ailələri ilə yaşayıb və kiçik ticarətlə məşğul olublar.unikal.org

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar