Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəkil qəzada öldü

Tarix: 27-02-2018 09:12     Baxış: 3201 A- / A+
 Azərbaycanda vəkil qəzada öldü


Oğuz rayonunda 3 gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib.

Fevral ayının 24-də Oğuz-Şəki yolunda baş vermiş qəzada ağır xəsarət alan 1982-ci il təvəllüdlü Şəki şəhər sakini Hacısəlimov Rüstəm Xudaverdi oğlu yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlərin müdaxiləsinə baxmayaraq keçinib.

O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə qəbul edilib.

R.Hacısəlimov fevralın 23-dən 24-nə keçən gecə idarə etdiyi BMV markalı minik avtomobili ilə Oğuz-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya gətirilib.

Qəza baş verən gün R.Hacısəlimov Oğuz rayon Məhkəməsində vəkil kimi çıxış edib. O, işindən sonra yaşadığı Şəki şəhərinə geri dönürmüş.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar